“Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir” - ÇAVUŞOĞLU

“Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir”.

Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, türkün yolu Orta dəhlizdən keçir:

“Mənə maraqlıdır ki, Azərbaycandan nə istəyirlər? Azərbaycan Qarabağı işğaldan azad etmək üçün dəstək olanda daxilimizdəki bəziləri təəssüfləndi”.

O bildirib ki, bu gün Türkiyə regional və qlobal siyasi aktordur:

“Ukraynadakı müharibənin ən qısa zamanda bitməsi üçün səmimi səy göstərən yeganə ölkə Türkiyədir. Deyirlər ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır. Niyə? Axı bu sanksiyalardan itirən xalq olacaq”.