Türkiyədə narkotik əməliyyatında aralarında məşhurlar da olan 25 nəfər saxlanılıb

Türkiyədə narkotikə qarşı mübarizə əməliyyatı nəticəsində 25 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, İstanbulun Bakırköy rayonu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində müğənnilər İlyas Yalçıntaş, Sıla Gençoğlu və prodüser Fatih Aksoy da daxil olmaqla, 25 şübhəli şəxs barədə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslərlə bağlı bioloji müayinələrin keçirildiyi, ifadələrinin alındığı bildirilir.