Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Elazığ vilayətində 4.3 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 10:37 (Bakı vaxtı 11:37) radələrində baş verən yeraltı təkanın ocağı 11.33 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.