TRAMP NARKOTİK KARTELLƏRİNİ ÇÖKDÜRMƏKDƏ İSRARLIDIR - Müharibə Nazirliyi yeni bölmə yaradır

ABŞ ordusunda Latın Amerikasından narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Cənub Komandanlığında (SOUTHCOM) xüsusi bölmə yaradılır.

Bu barədə ABŞ müharibə naziri Pit Heqset məlumat verib.

“Prezident Trampın göstərişi ilə Müharibə Nazirliyi narkotik kartelləri ilə mübarizə aparmaq üçün onun məsuliyyət daşıdığı ərazidə yeni birgə xüsusi bölməsi yaradır”, - Heqset “X” hesabında yazıb.

Qeyd edək ki, son dövrlərdə ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik daşıdığı iddia edilən ən azı dörd kateri məhv edib.