"TikTok"da ABŞ baş prokurorunun qətli üçün mükafat təyin edildi - FOTO

ABŞ-nin Minnesota ştatının sakini ölkənin baş prokuroru Pem Bondini öldürmək üçün 45.000 dollar mükafat təklif edib.

Bu barədə "New York Post" məlumat yayıb.

Məlumata görə, çoxsaylı qanun pozuntularına yol vermiş anarxist, 29 yaşlı Tayler Makson Avalos sözügedən "TikTok" paylaşımına görə həbs edilib.

Avalos baş prokurorun alnına snayper nişangahı çəkilmiş şəklini paylaşıb.

Qeyd edək ki, Pem Bondi Donald Trampın ikinci müddətə hakimiyyətə gəlməsindən sonra ABŞ-nin baş prokuroru olub. O, Trampın sadiq müdafiəçisidir və ilk impiçment məhkəməsi zamanı onun vəkillərindən biri olub./oxu.az

TikTokda ABŞ baş prokurorunun qətli üçün mükafat təyin edildi