“Tezliklə növbəti qələbələrimizi görəcəksiniz”.
Belarusa “gedən” “Vaqner” rəhbəri Yevgeni Priqojinin iyun qiyamından keçən müddətdən sonra ilk dəfə audio mesajı hərbi qruplaşmaya yaxın “Gray Zone” teleqram kanalında yayımlanıb.
“Bu gün sizin dəstəyinizə həmişəkindən daha çox ehtiyacımız var. Bunun üçün sizə təşəkkür edirəm. İstəyirəm başa düşəsiniz ki, bizim “ədalət yürüşü” satqınlarla mübarizə aparmaq, cəmiyyətimizi səfərbər etmək məqsədi daşıyırdı. Və hesab edirəm ki, biz çox şeyə nail olmuşuq”, - o qeyd edib.
Priqojin, həmçinin yaxın gələcəkdə hamının “cəbhədə növbəti qələbələrimizi” görəcəyinə əminliyini ifadə edib.
Bununla belə “Vaqner” yaradıcısı gələcək planları və harada olduğu barədə məlumat verməyib./olke.az