Taxıl yükünün içindən üstündə Zelenskinin şəkli olan kokain paketləri tapıldı

Rumıniyada üzərində Volodimir Zelenskinin şəkli olan 75 kiloqram kokain ələ keçirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rumıniyanın Milli Gömrük İdarəsi məlumat yayıb. Qurum bildirib ki, Ukraynanın Odessa ərazisindən gələn taxıl gəmisində böyük miqdarda kokain tapılıb.

Gəmi Rumıniya limanlarından birində yoxlanılıb. Xidməti itlər şübhəli yükü tapıb.

Axtarış zamanı ümumilikdə 75 kiloqram kokain tapılıb. Narkotik 15 paketə bölünüb və hər paketin üzərində Volodimir Zelenskinin şəkli olub.

Stopnarkotik.az