Suriyada İrana məxsus narkotik fabriki məhv edildi – TANINMIŞ NARKOBARON AİLƏSİ İLƏ BİRGƏ ÖLDÜRÜLDÜ

İordaniya qüvvələrinin Suriyanın cənubuna hava zərbələri endirməsi nəticəsində İrana məxsus narkotik maddələr istehsal edilən fabrik də məhv edilib.

Stopnarkotik.az xəbər verir ki, İordaniya əməlyyat nəticəsində iki ölkə sərhədindən ötürülən böyük yüklərin arxasında durduğu iddia edilən qaçaqmalçıları zərərsizləşdirib.

Yerli və kəşfiyyat mənbələrinin məlumatına görə, İordaniyanın digər hücumunda isə Suriyanın narkobaronu kimi tanınan Marie ər-Ramzan ailəsi ilə birlikdə öldürülüb.

Narkotik ticarətini araşdıran suriyalı tədqiqatçı Rayan Maruf bildirib: "Ramzanın həm evi, həm də obyekti xarabalığa çevrildi”.

**

Maruf məsələ ilə tanış olan yerli mənbələrin məlumatlarını təsdiqləyərək, Xərab əl-Şəhəm bölgəsinin Dəraa qəsəbəsindəki narkotik fabrikinin "Hizbullah"dan maliyyələşən qaçaqmalçılar üçün görüş yeri olduğunu bildirib.

Stopnarkotik.az