İtkin düşən 14 yaşlı yeniyetmə axtarılır.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhər sakini fiziki məhdudiyyətli Ömər Yaqubov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.