““Starlink”i söndürsəm, Ukraynanın cəbhə xətti dağılacaq” – İLON MASK

ABŞ Hökumət Səmərəliliyi Departamentin rəhbəri, “Tesla” və “SpaceX” şirkətinin sahibi İlon Mask Ukrayna müharibəsi ilə bağlı qalmaqallı fikirləri ilə diqqət çəkib.

Mask bu barədə “X” hesabında yazıb.

Milyarder “Starlink” rabitə sisteminin Ukrayna ordusu üçün həlledici rol oynadığını bildirib.

“Mənim “Starlink” sistemim Ukrayna ordusunun onurğa sütunudur. “Starlink” Ukrayna ordusunun əsas rabitə sistemidir. Əgər onu söndürsəm, cəbhə xətti dağılacaq”, - Mask qeyd edib.