Şotlandiya hökumətində narkotikin leqallaşdırılması üstündə ikitirəlik düşdü

Şotlandiya hökuməti şəxsi istifadə üçün nəzərdə tutulan bütün narkotik saxlamanın kriminal əməl siyahısından çıxarılmasına çağırıb. Stopnarkotik.az-ın verdiyi xəbərə görə, Şotlandiya nazirləri Böyük Britaniya hökumətindən qanunları dəyişdirməsini istəyirlər ki, özündə narkotik saxlayan insanlar "təqibə məruz qalmaq və çıxdaş edilməkdənsə, müalicə oluna və dəstək ala bilsinlər".

Şotlandiya hökumətinin narkotiklərə dair digər təkliflərinə narkotiklərə nəzarət xidmətlərinin genişləndirilməsi və həddindən artıq doza istifadəsində təcili tibbi yardıma çıxış imkanlarının genişləndirilməsi daxildir.

Şotlandiyanın Narkotik Siyasəti üzrə naziri Helen Uithem deyib: “Biz psixoaktiv maddələrin istifadəsinə cinayət işi kimi deyil, sağlamlıq problemi kimi baxıldığı bir cəmiyyət yaratmaq istəyirik. Biz stiqma və ayrı-seçkiliyi azaltmaq, fərdin sağalması və cəmiyyətə müsbət töhfə verməsi üçün imkan yaratmaq istəyirik. Bu təkliflərin mübahisə yaradacağını bilsək də, onlar bizim ictimai səhiyyəyə yanaşmamıza uyğundur və insanların həyatını yaxşılaşdırmaq və xilas etmək üçün milli missiyamızı irəli aparacaq. Daxili İşlər Nazirliyi əvvəllər narkotik saxlamağı cinayət tərkibli əməldən çıxarmaq planlarının olmadığını və həmçinin narkotik istifadəsi üçün ayrılmış ərazilərə və ya obyektlərə qarşı olduğunu bildirmişdi. Şotlandiyada sui-istifadə nəticəsində ölənlərin sayı səkkiz illik artımdan sonra keçən il 1,339-dan 1,330-a qədər bir qədər azalıb, lakin bu ölkə hələ də Avropada indiyə qədər qeydə alınan ən yüksək narkotikdən qaynaqlanan ölüm nisbətinə malikdir. Böhran ona gətirdi ki, Şotlandiya hökuməti ölkədə narkomanlara kömək xidmətlərinə 250 milyon funt sterlinqdən çox sərmayə qoydu".

Şotlandiyada illərdir ki, bu məqsəd üçün ayrılmış binaları təchiz etmək cəhdləri edilmişdir. Fəallar deyirlər ki, insanların nəzarət altında narkotikdən istifadə edə biləcəyi obyektlər zəruridir və Şotlandiya hökuməti tərəfindən dəstəklənir. Lakin Qlazqoda istifadə otaqları yaratmaq cəhdi Britaniya hökuməti tərəfindən xoş qarşılanmadı. Baş nazirin sözçüsü, Rişi Sunak hökumətinin "qadağan olunmuş maddələrlə bağlı sərt mövqeyimizi dəyişdirmək planının olmadığını" söyləyir. Şotlandiya Mühafizəkar Ədliyyəsinin sözçüsü Rassell Findli isə, "Avropada ən pis olan Şotlandiya böhranını heroin, krek və digər A sinfli narkotikləri leqallaşdırmaqla həll etməyə çalışmaq dəlilikdir. Bu, küçələrimizdə daha çox narkotikin dolub-daşmasına gətirəcək və daha çox insanın həyatını riskə atacaq", deyə bu təklifə qarşı çıxır.

Stopnarkotik.az