SON DƏQİQƏ! Ordumuzun mövqeləri yenidən atəşə tutuldu

Martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Stopnarkotik.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, son günlər ermənilər tərəfindən Azərbaycan Ordusunun mövqeləri ardıcıl olaraq atəşə tutulmaqdadır.