Rusiya Milli Antiterror Komitəsi Moskva şəhəri, Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq olunduğunu elan edib.
Bu barədə Stopnarkotik.az TASS-a istinadən xəbər verir.
“Moskva şəhəri, Moskva və Voronej vilayətlərində mümkün terror aktlarının qarşısını almaq üçün antiterror əməliyyatı rejimi tətbiq edildi”, - qurumun məlumatında deyilir.
Bu ərazilərdə sözügedən rejim ilk dəfədir tətbiq olunur.