Sabunçu tunelini yenə su basdı - VİDEO

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Videoda ötən ilin oktyabrında iki nəfərin boğularaq öldüyü Sabunçu rayonu ərazisindəki tunel də yer alıb. Videodan aydın olur ki, hazırda orada da suyun çəkilərək kənarlaşdırılması işləri aparılır.