"Sabunçu rayonu ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub".
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.
Məlumatda qeyd olunub ki, aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq.
***10:05
Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə oxu.az-a müraciət daxil olub.
Şikayətdə qeyd olunur ki, asfalt örtüyünün bir hissəsi çökdüyü üçün iri çuxur yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.