"Rusiyaya qarşı hibrid müharibə aparılır" - PUTİN

Rusiyaya qarşı hibrid müharibə aparılır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının videokonfrans formatında keçirilən sammitində çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya xarici təzyiq və sanksiyalara inamla müqavimət göstərir və bundan sonra da müqavimət göstərəcək.

Putin çıxışında ötən ayın sonunda Rusiyada baş vermiş silahlı qiyam cəhdinə də toxunub və vurğulayıb ki, Rusiya xalqı həmişəkindən daha çox birləşib: "Rusiyalılar vahid cəbhədə qiyam cəhdinə qarşı çıxdılar".

Putin Rusiyanın ŞƏT-in Yeni Dehli Bəyannaməsinin layihəsini dəstəklədiyini də söyləyib. Əlavə edib ki, ŞƏT beynəlxalq hüquqa əsaslanan dünya nizamının formalaşmasına qətiyyətlə sadiqdir.

Rusiya və Çin arasında əlaqələrdən danışan Rusiya Prezidenti iki ölkə arasında ticarət əməliyyatlarının 80%-dən çoxunun rubl və yuanla həyata keçirildiyini qeyd edib.

Putin onu da bildirib ki, inkişaf etmiş ölkələrin borclarının nəzarətsiz yığılması yeni qlobal böhran risklərini artırır.