2022-ci ildə Rusiyada ələ keçirilən narkotik vasitələr arasında sintetik narkotiklərin payı 52 faiz təşkil edib.
Stopnarkotik.az xəbər verir ki, bunu Rusiya Daxili işlər Naziriyinin Narkotiklərə Nəzarət üzrə Baş İdarənin sədr müavini, genaral Kirill Smurov deyib.
“Son illərdə ənənəvi bitki mənşəli narkotiklərin sintetik narkotiklərlə əvəz edilməsi tendensiyası var. 2019-cu ildən müsadirə edilmiş narkotik vasitələrin ümumi kütləsində sintetiklərin xüsusi çəkisi tədricən artıb: 2019-cu ildə – 29,5 faiz, 2020-ci ildə – 31,3 faiz, 2021-ci ildə – 48,9 faiz”, - Smurov bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə 35.6 ton narkotik vasitə aşkar olunaraq götürülüb.