Rusiyada narkoticarət sindikatı əlaltıları ifşa olundu

Rusiya DİN-nin əməkdaşları regionlararası narkoticarəti sindikatının üzvlərini həbs ediblər. 30-dan çox narkotik cinayətində şübhəli bilinən 27 nəfər həbs edilib. Ölkənin DİN nazirliyinin sözçüsü İrina Volkun sözlərinə görə, müsadirə edilən maddələrin dəyəri 1 milyard rublu keçib.

Həbslər Başqırdıstan, Kuban və Stavropol diyarlarında, eləcə də İrkutsk, Novosibirsk, Samara, Ryazan və Maqadan vilayətlərində aparılıb. Cinayətkarların tammiqyaslı narkotik istehsalı və paylanması şəbəkəsi təşkil etdiyi güman edilir. Narkotiklər gizli laboratoriyalarda istehsal olunub, sonra digər bölgələrə daşınıb və darknetdə satılıb.

Ümumilikdə, hüquq-mühafizə orqanlarının əməkdaşları 150 kq-dan çox sintetik narkotik və 300 kq prekursor aşkar ediblər. Mütəşəkkil cinayətkar dəstədə iştirak etdiklərinə və narkotik satmağa hazırlaşdıqlarına görə həbs olunanlara qarşı cinayət işi başlanıb. Onlar ittihamlar üzrə ömürlük həbs cəzası ilə üzləşirlər. 

Stopnarkotik.az