Rusiya vətəndaşı Almaniyada təcridxanadan qaçıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Bild” yayıb.
Bildirilib ki, o, 2015-ci ilin dekabrında Almaniyaya gedərək sığınacaq üçün müraciət edib. Ancaq ötən ilin oktyabrında onun müraciətinə müsbət cavab verilməyib. Rusiya vətəndaşı olan İsmayıl S. adlı şəxs bu il martın 20-də Almaniyadan deportasiya edilməli imiş. O, Drezden şəhərində təcridxanada saxlanılırmış.
"O, martın 17-də qolundan zədə aldığını bildirərək rentgen müayinəsi üçün xəstəxanaya aparılmasını tələb edib. Ancaq həkimlər onun qolunda sınıq tapmayıblar. Ona görə yenidən təcridxanadaya aparmaq istəyiblər. Həmin şəxs küçədə avtomobilə minməzdən əvvəl mühafizəçini yıxaraq, qandallı halda ərazidən qaçıb. Müstəntiqlərin qənaətincə, ona iki nəfər yardım edib", - məlumatda qeyd edilib.