“RUSİYA MƏHV EDİLMƏLİDİR” – Latviya prezidenti

Latviya prezidenti Edqars Rinkeviç Fransa lideri Emmanuel Makronun Ukrayna münaqişəsi ilə bağlı Qərbin qırmızı xətlərinin olmaması ilə bağlı dediyi sözlərlə razılaşıb.

Belə ki, o, Karfagenlə bağlı latın dilindəki ifadəyə istinad edərək, “Rusiya məhv edilməlidir” deyib.

“Mən Emmanuel Makronu tam dəstəkləyirəm: biz özümüz üçün qırmızı xətlər çəkməməliyik, Rusiya üçün qırmızı xətlər çəkməliyik və onları çəkməkdən çəkinməməliyik. Ukrayna qalib gəlməlidir”, – prezident X sosial şəbəkəsində yazıb.

Latviya prezidenti məşhur latın qanadlı “Carthago delenda est” (Karfagen məhv edilməlidir) ifadəsini “Russia delenda est” yazıb.