Avropa ölkələrinin hava məkanı çoxdan Rusiya üçün bağlıdır. ABŞ 2015-ci ildə Bolqarıstan və Yunanıstana təzyiq göstərdikdən sonra, onlar Suriyaya gedən hava-desant təyyarələri üçün öz hava məkanlarını bağladılar.
Daha sonra Rusiya Türkiyə ilə danışıqlar aparmalı oldu və hərbi-nəqliyyat təyyarələri Rusiyadan Suriyaya ən qısa marşrutla Xmeymim şəhərinə uçdu. Hər dəfə Türkiyənin hava məkanı bağlananda Rusiyanın hərbi yük təyyarələri İran və İraqdan keçən marşrutla uçurdu. Türkiyə yolu bağlanandan sonra vəziyyət dəyişdi.
İndi artıq hərbi-nəqliyyat aviasiyasının 4-cü təyyarəsi (An-124) qeyri-adi Rusiya-Xəzər dənizi-İran-Səudiyyə Ərəbistanı-Misir-Aralıq dənizi-Suriya marşrutu üzrə uçur.
Rusiya hərbi nəqliyyat təyyarələrinin əvvəlki Gürcüstan, Azərbaycan, Türkiyə, İraq, Küveyt, İordaniya, İsrail marşrutu bağlanıb.
Amma əgər Misir və Səudiyyə qadağaya qoşulsa, o zaman Suriyaya gedən yol demək olar ki, tamamilə bağlanacaq və ya indiki yoldan 3-4 dəfə uzun olacaq ki, bu da Rusiyaya çox baha başa gələcək.
Stopnarkotik.az