Rəisinin Suriya səfəri zamanı İranın yeni narkotik marşrutu müzakirə edilib? – SƏFƏRİN GÖRÜNMƏYƏN TƏRƏFİ…

Xəbər verildiyi kimi, bu günlərdə İran prezidentinin Suriyaya səfəri baş tutub.

Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rəisi səfər çərçivəsində Livanın iranyönlü hərbi-siyasi təşkilatı olan “Hizbullah”ın nümayəndə heyəti ilə də görüşüb.

İranın "Donya-e-eqtesad" saytı bildirir ki, nümayəndə heyətinə Siyasi Şuranın rəhbəri, Mərkəzi Şuranın üzvü və təşkilat rəhbərinin müavini daxil olub.

İranın qlobal narkotrafik və narkoticarətdə "uzun həyat məktəbi" keçdiyini və böyük təcrübəyə malik olduğunu diqqətə alsaq ehtimal edə bilərik ki, görüş əsnasında Tehranın rəsmi hərbi qanadı SEPAH-ın kurasiyasında olan narkomarşutun müzakirəsi də baş tutub. Bildiyimiz kimi, Suriya İranın himayəsi altında narkotik maddə olan kaptaqonun istehsal mərkəzinə çevrilib. Azərbaycandan İranın narkoyüklərinin yolu kəsildiyinə görə, yeganə güman narkotrafikin Suriyadan Aralıq dənizi ilə Avropa bazarlarına çıxarılmasına qalır.

Əlbəttə, İrandan narkotrafikin təşkili, qorunması və narkoticarətdə SEPAH da, “Hizbullah” da işin içindədirlər. Bu səbəbdən, görünən odur ki, “narkokadr heyəti” tam tərkibdə görüşdə iştirak ediblər.

Stopnarkotik.az