ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının gələn bazar ertəsi, martın 4-nə qədər əldə olunacağına ümid edir.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Həftə sonuna ümid edirəm... Milli təhlükəsizlik üzrə köməkçim (Jake Sullivan) mənə deyir ki, biz atəşkəs razılaşmasına yaxınıq, amma hələ işimiz bitməyib. Ümid edirəm ki, atəşkəs sazişini gələn bazar ertəsi günü bağlayacağıq”, - deyə prezident bildirib.
Bundan əvvəl “Axios” portalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, İsrail HƏMAS-ın altı həftəlik atəşkəs və yüzlərlə fələstinli məhbusun azad edilməsi müqabilində 40-a yaxın girovu azad edəcəyi təklifini aldıqdan sonra Parisdəki məsləhətləşmələrdə irəliləyiş əldə edilib.