Qəzaya uğrayan təyyarədən 1,2 milyon dollar oğurlandı

Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan Rusiyaya məxsus "Falcon 10" təyyarəsindən 1 milyon 200 min dollar oğurlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Həşt-e Subh” qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Hadisədən sonra Rusiya “Taliban” hərəkatının Bədəxşan vilayətinin qubernatoru Məhəmməd Əyyub Xalid faktların müəyyən edilməsi və bu işin araşdırılması üçün komissiya təyin edib.Komissiyaya Əfqanıstanın kəşfiyyat xidmətinin regional bölməsinin rəhbəri başçılıq edib.