Qumarı reklam edən bloger İranda edam olunacaq

Tehranda qumar şirkətlərini reklam edən bloger Milan Hatəmi edam olunacaq.

Bu  barədə İran KİV-ləri məlumat yayıb.  

Bildirilir ki, Hatəmi İnterpolun tələbi ilə Türkiyə hakimiyyəti tərəfindən saxlanılıb. Blogger fırıldaqçılıqda ittiham olunur. O, qumar oyunları və qumar şirkətləri ilə qarşılıqlı əlaqə vasitəsilə külli miqdarda pul qazanır.