Qazaxıstan qanuni oğruların ölkəyə girişini qadağan etdi

Təxminən 500 "qanuni oğru" və mütəşəkkil cinayətkarlıqla əlaqəli şəxslərin Qazaxıstana  girişi qadağan edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin DİN nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, iİlin əvvəlindən bəri transmilli mütəşəkkil cinayətkar qruplar da daxil olmaqla, 38 cinayət işi açılıb. Polis həmçinin sahibkarlar və təhsil müəssisələri də daxil olmaqla 270-dən çox şantaj faktını aşkar edib.

Bu dövrdə Qazaxıstanda 80-dən çox insan alveri faktı aşkar edilib. Qurbanlara yardım göstərilib və müdafiə təmin olunub. 

Stopnarkotik.az