Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndərilib.
Xatırladaq ki, Qazaxıstanda yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə, Qazaxıstan və Qırğızıstan sərhədində olub.
Zəlzələnin dərinliyi 65 kilometr dərinlikdə yerləşib.
***08:40
Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.
Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.
Bir çox şəhər sakini kifayət qədər güclü təkan hiss etdikdən sonra evlərini tərk edib.
Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.
Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.
Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanana səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.