PUA hücumu zamanı Putin Kremldə olub? - PESKOVDAN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş aparatları ilə hücuma cəhd etdiyi barədə məlumat yayılıb. Hadisədən sonra bir çoxlarını ölkə Prezidenti Vladimir Putinin Kremldə olub-olmaması maraqlandırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskov bu məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı Putin Kremldə olmayıb: “İnsident nəticəsində Vladimir Putin xəsarət almayıb və öz işini adi rejimdə davam etdirir”.

O bildirib ki, Putin bu gün fəaliyyətini Moskva vilayətində Novo-Oqaryovodakı iqamətgahında davam etdirəcək.