Priqojinin tərəfdarları qisas mesajı verdi? – “Vaqner”in mərkəzi binasında pəncərələrin xaç şəklində işıqlandırılması nə deməkdir... / FOTO

Rusiyanın Tver vilayətində içərisində “Vaqner” rəhbəri Evqeni Priqojinin də olduğu təyyarənin qəzaya uğraması sakit qarşılanmayıb.

Stopnarkotik.az xəbər verir ki, Evqeni Priqojinin qəzada ölən 10 nəfərdən biri olduğu rəsmən təsdiqləndikdən sonra “Vaqner”in mərkəzi binasında qeyri-adi aksiya baş verib. Belə ki, binanın bütün işıqları söndürülüb, sadəcə yan tərəfdəki pəncərələr xaç şəklində işıqlandırılıb.

Sosial şəbəkələrdə bu aksiya “Vaqner” rəhbərinin qisasının alınacağı ilə bağlı verilmiş mesaj kimi şərh olunub.

Qeyd edək ki, təyyarə qəzası faktı ilə bağlı artıq cinayət işi açılıb. Rəsmi mənbələr hadisənin terror aktı olduğunu istisna etmir. Bu səbəbdən də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi açılıb.

Stopnarkotik.az