Prezident İlham Əliyev Azərbaycan qanunvericiliyinə bir sıra dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklərin sırasında “Psixiatrik yardım haqqında” qanun da var.
Belə ki, sözügedən qanunda edilən dəyişikliklərə görə, Azərbaycanda prokurorlara xəstənin razılığı olmadan psixiatrik müayinələr təyin etmək hüququ veriləcək. Parlament "Psixiatrik yardım haqqında" Qanuna müvafiq dəyişiklikləri bu ilin 13 iyulunda qəbul etmişdi. Qanuna görə, əgər bu qərarda gecikmə şəxsin və ya başqalarının həyatı və sağlamlığı üçün təhlükə yaradarsa, belə qərar inzibati icraat altında olan şəxsə qarşı verilə bilər.
Həmçinin, qanuna dəyişiklikdə məcburi bildiriş proseduru da tətbiq edilib: yaxın qohumlara, prokurora və səlahiyyətli orqana məcburi xəstəxanaya yerləşdirmə və diaqnoz barədə dərhal məlumat verilməlidir.
Məcburi tədbirlərə məruz qalan şəxslər digər xəstələrdən ayrı müalicə olunacaqlar. Xəstələr müalicəsi barədə məlumatı elektron tibbi qeydlər sistemi vasitəsilə ala biləcəklər.
Stopnarkotik.az