Bəzən marixuananın leqallaşdırılmasının narkomaniyanın azalmasına və narkoticarətin qarşısının alınmasına faydalı olacağına dair rəylər səsləndirilir. Ötən həftə Fransa parlamenti aprelin 29-da Cənubi Amerika kokainin Avropaya tədarükündəki rekord artımdan sonra ölkəyə narkotik cinayətlərinin artması ilə mübarizə üçün daha sərt vasitələr tətbiq etmək üçün genişmiqyaslı anti-narkotik qanun layihəsini təsdiqlədi. Hətta bu məqsədlə yeni qurum - "Milli Prokurorluq" qurumu təsis ediləcək. Bu dəfə isə oxşar vəziyyət barədə Almaniya həyəcan təbili çaldı.
Stopnarkotik.az xəbər verir ki, Almaniyada rəsmi qurumlar kokain və heroin də daxil olmaqla ağır narkotiklərin istifadəsinin artması haqda həyəcan siqanlı çalırlar. Bunu Federal Kriminal Polis İdarəsinin (BKA) rəhbəri Holger Münx açıqlayıb. O hesab edir ki, marixuananın qismən leqallaşdırılması hökumətin işini çətinləşdirib. Münxin sözlərinə görə, Almaniyada güclü narkotiklərdən istifadənin ümumi artımı fonunda "kokain bumu" yaşanır.
"Almaniyada kokain sürətlə yayılır" deyə “RND” Holger Münxdən sitat gətirib.
Münx bildirib ki, beynəlxalq narkotik ticarətinin diqqət mərkəzi Avropaya keçir, çünki "Şimali Amerika bazarı doyub".
2024-cü ildə kokainlə bağlı cinayətlər təxminən 5% artıb. 2023-cü ildə Almaniyada rekord miqdarda - 43 ton kokain ələ keçirilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Gömrük həmçinin 2021-2023-cü illər arasında kokain müsadirələrinin sürətlə artdığını bildirir. Almaniya şəhərlərində tullantı sularının təhlili də kokain qalıqlarının artdığını göstərir ki, bu da istehlakın əhəmiyyətli dərəcədə artdığını göstərir.
BKA rəhbərinin sözlərinə görə, kokaindən istifadənin artmasının səbəblərindən biri “Taliban Əfqanıstanda tiryək yetişdirilməsini dayandırdıqdan sonra” heroin bazarında vəziyyətin dəyişməsidir ki, bu da heroinin “çatışmazlığına” səbəb olub. Bir qram kokain son istehlakçılara 50-80 avroya başa gəlir.
"Bu narkotik qıtlığı yaratdı və heroinin sintetik opioidlərlə qarışdırılması riskini artırdı ki, bu da narkomanlar üçün daha yüksək risk yaradır”, deyə Münx izah edir. Bəs Almaniyanın marixuananı leqalladırılması polisin işini daha da ağırlaşdırıbmı?
Münxi Almaniyanın gedən koalisiya hökumətinin çətənəni qismən leqallaşdırılması da sakitləşdirmir. Belə ki, aprel ayından etibarən şəxsi istifadə üçün xüsusi icazə verilmiş klublarda az miqdarda marixuananın yetişdirilməsinə icazə verilir, böyüklərə isə ictimai yerlərdə 25 qrama qədər (bir unsiyadan az) marixuana daşımağa icazə verilir. Yeni qanunvericiliyin əslində polisin işini daha da çətinləşdirdiyindən şikayət edən Münx, "Kanabisin leqallaşdırılmasının qara bazara heç bir təsiri olmayacaq; marixuana klubları tələbi ödəməyə belə yetmir. İnsanlar leqal olaraq ciblərində 25 qram narkotik daşıya bilirsə, onların ticarət etdiyini sübut etmək daha çətindir", deyir.
Xristian Demokrat (CDU) və Sosial Demokrat (SPD) koalisiya hökuməti 2025-ci ilin payızında marixuananın leqallaşdırılmasına razılaşdı, mühafizəkar CDU isə onu tamamilə ləğv etməyin lehinədir.
"Qeyri-leqal narkotik alverinə qarşı mübarizə polis və ədliyyə sisteminin gündəmində birinci yerdə qalmalıdır", deyə Münx təkid edir.
Stopnarkotk.az