Ekvadorun ən çox axtarılan narkotik tacirlərindən biri İspaniyada həbs edilib.
Bu barədə Ekvador prezidenti Daniel Noboa məlumat yayıb.
O, bildirib ki, "Pipo" kimi tanınan Vilmer Çavarriya İspaniya polisi ilə birgə əməliyyat nəticəsində Malagada tutulub.
Çavarriya 8 minə yaxın üzvü olan və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan "Los Lobos" qrupunun lideri hesab olunur. Qrup Ekvadorda bir sıra siyasi sui-qəsdlər və Meksikanın Xalisko Karteli ilə əməkdaşlıqla əlaqələndirilir. Noboa qeyd edib ki, Çavarria 2021-ci ildə pandemiya zamanı ölümünü saxtalaşdırıb, yeni şəxsiyyətə yiyələnib və narkotiklərin daşınmasını koordinasiya edib, qətllər sifariş edib və İspaniyadan qızıl hasilatı ilə bağlı cinayət sxemlərini idarə edib.