Pakistanda güclü partlayış: çox sayda ölü və yaralı var

Pakistanın Feysəlabad şəhərində yerləşən yapışqan istehsal edən zavodda güclü partlayış baş verib.

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış dalğasından zavod yerlə yeksan olub, ətrafdakı 10 binanın damları çöküb. Hadisə nəticəsində yeddisi uşaq, ikisi qadın olmaqla 16 nəfər həyatını itirib.

Daha 7 nəfərin ağır yaralandığı deyilir.