Netanyahu təcili iclas keçirdi: İsrail İrana qabaqlayıcı zərbə endirə bilər

İsrail rəhbərliyi Tehrandan hücum olacağı təqdirdə, İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.

Bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, avqustun 4-də axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib.

Görüş zamanı belə bir nəticə əldə olunub ki, qabaqlayıcı tədbirlər yalnız İranın hücumu ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əmin olduqdan sonra mümkün ola bilər./oxu.az