“Narkotiklər məni bu hala saldı” - Maykl Ceksonun qızı üzünü göstərdi / VİDEO

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun qızı Paris Cekson sosial şəbəkədə paylaşdığı görüntülərlə izləyiciləri şoka salıb.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, o, illərlə ağır narkotik maddələrə aludəçiliyin nəticəsi olaraq burun arakəsməsində yaranmış böyük deşiyi göstərib. Parisin sözlərinə görə, bu ciddi deformasiya ilə artıq yeddi ildir var.

Paris etiraf edib ki, hər nəfəsi fit səsi ilə müşayiət olunur və zarafatla qeyd edir ki, bəzən bu dəlikdən “spagetti də keçirə bilir”.

O öz paylaşımında faciəvi həqiqəti açıq şəkildə dilə gətirib:

“Bu, sizin düşündüyünüz səbəbdəndir. Narkotik qəbul etməyin, uşaqlar”. 

Paris hazırda plastik əməliyyatdan da imtina edir. Çünki müdaxilə üçün lazım olan ağrıkəsicilər və digər dərmanlar onun yenidən asılılığa qayıtma riskini artırır.