NARKOTİKLƏ ƏLAQƏDAR 41 NƏFƏR SAXLANILDI - Ümumilikdə 165 nəfər...

Fevralın 6-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.