Narkotik ticarəti üçün istifadə olunan gəmi məhv edildi - TRAMP

ABŞ prezidenti Donald Tramp Karib dənizində göyərtəsində üç nəfərin olduğu gəminin beynəlxalq sularda ABŞ qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, Truth Social hesabında paylaşım edib.

Bildirib ki, onun əmri ilə Pentaqon "ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasında (Mərkəzi və Cənubi Amerika və Karib dənizi regionunu əhatə edir – red.) narkotik ticarəti üçün istifadə edilən marşrutda təyin edilmiş terror təşkilatı ilə əlaqəli gəmiyə zərbə endirib. Trampın sözlərinə görə, kəşfiyyat məlumatı təsdiqləyib ki, gəmi narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olub: "Zərbə nəticəsində beynəlxalq sularda olan gəminin göyərtəsində olan 3 nəfər narko-terrorçu həlak olub".

O, gəminin məhv edilməsinin videosunu yayıb. Tramp əmin edib ki, zərbə nəticəsində ABŞ hərbçilərindən heç biri zərər görməyib.