Türkiyənin Diyarbəkir şəhərinin Çüngüş rayonunda keçirilən narkotik əməliyyatı zamanı qanunsuz çətənə əraziyə qulluq edən şəxslər gizli kamera görüntüləri ilə aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, qanunsuz çətənə əkilən əraziyə CHP partiyasının Diyarbəkir başkanı Seyit Akdağ və oğlu qulluq edirmiş.
Bundan sonra polis onların yaşadığı evə və çətənə əkilən əraziyə əməliyyat keçirib. Əməliyyat zamanı çoxlu sayda çətənə bitkisi və qanunsuz saxlanılan silahlar aşkar edilərək götürülüb.
Ata və oğul saxlanıldıqdan sonra polis bölməsində ifadələri alınıb, daha sonra məhkəməyə çıxarılıblar. Məhkəmə onları məhkəmə nəzarəti ilə sərbəst buraxıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Stopnarkotik.az