Narkotik əməliyyatında 50 kiloqrama yaxın "patı" ələ keçirildi - FOTO

İstanbul polisinin Narkotik Cinayətləri ilə Mübarizə İdarəsi qrupları narkotik qaçaqmalçılarına qarşı yeni əməliyyat başladıb.

Stopnarkotik.az xəbər verir ki, İstanbul şəhərinin Fatihdəki rayonundakı evdə narkotik istehsalı və qaçaqmalçılığının həyata keçirildiyi müəyyən edilib, texniki və fiziki nəzarət altında olan ünvanda əməliyyat keçirilib. Evdə tapılan iki şübhəli tutularaq nəzarətə alındı.

Ünvanda aparılan axtarışlar zamanı ümumilikdə 49 kiloqram 25 qram metamfetamin müsadirə edilib, bunlardan 42 kiloqram 450 qramı maye, 6 kiloqram 800 qramı isə bərk halda idi. Əməliyyatda 3 kiloqram 400 qram narkotik qatqısı və 3 dəqiq tərəzi də müsadirə edildi.

Narkotik maddələr müsadirə edilərkən, nəzarətə alınan iki şübhəli polis bölməsinə aparıldı. Bildirilib ki, nəzarətə alınan şübhəlilər "Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və qaçaqmalçılığı" ittihamı ilə məhkəmə orqanlarına göndəriləcəklər. 

Stopnarkotik.az