Meksikada fəaliyyət göstərən məşhur CJNG narkokartelinin yanacaq qaçaqmalçılığı sxemi ifşa olunub.
Belə ki, kriminal qruplaşma narkotiklə yanaşı yanacaq qaçaqmalçılığından da pul qazanır.
Stopnarkotik.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi (FinCEN), Meksikanın ən təhlükəli narkotik kartellərindən olan “Jalisco New Generation Cartel” (CJNG)-nin ABŞ-dan Meksikaya qanunsuz yanacaq daşıyaraq vergidən yayınma sxemləri qurduğunu bəyan edib və şəbəkəyə bağlı şirkətləri sanksiya siyahısına salıb. Yanacaq oğurluğu hazırda kartellərin narkotikdən sonra ikinci ən böyük gəlir mənbəyinə çevrilib.
Stopnarkotik.az