“Müharibəyə hazırlaşırıq” - Belarus prezidenti

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını, lakin döyüşmək istəmədiyini bildirib.

O qeyd edib ki, Belarusda lazımi hazırlıq işləri görülür, qoşunlara müxtəlif növ silah və texnika verilir.

“Bizim döyüşmək istədiyimizi deyən heç kimə inanmayın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” - bu mənim uydurduğum bir söz deyil. Bu, çox doğru sözdür”, - Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı deyib.

Mənbə: Gazeta.ru