Müharibə Odessa limanını “blokladı”, narkotrafik üçün yeni marşrut seçildi… - Narkotik mafiyası keçilməz Karpat dağlarını neçə aşır?..

Bəlli olduğu kimi, Ukraynadakı müharibə səbəbindən Odessa limanı hazırda bloklanmış durumdadır. Əsrlər boyu Karpat nəqliyyatı liman şəhəri Odessadan keçirdi. Bu marşrut hər zaman beynəlxalq mafioz qrupların da diqqət mərkəzində olub. Burada çirkli pullar yuyulur, Yaxın Şərqə narkotik və müxtəlif qaçaqmal axını həyata keçirilirdi. Bu barədə bir sıra media resurslarında dəfələrlə yazılıb.

Beləliklə, müharibənin gətirdiyi xaosda qeyri-leqal nəqliyyat Karpatlardan keçir, bunu sintetik narkotiklərin istehsalı və satışı ilə bağlı son hadisə sübut edir. Rəsmi hesabatlarda Karpat qövsünün cənub yamacında Polşa, Çexiya, Rumıniya və Slovakiya polislərinin hərəkətləri qeyri-müəyyən şəkildə qeyd olunur, lakin onlar Ukrayna ərazisindəki şimal yamacını unudublar. Hansı ki, bölgədə beş ton metamfetamin istehsalı üçün yeddi ton efedrin hidroxlorid (prekursor) müsadirə edilib.

İstanbul'da 3 ton 533 kilo metamfetamin ele geçirilen operasyonda 12 zanlı  tutuklandı - Samimi Haber

2021-2022-ci illərdə narkomanlar 170 milyon "MDMA-ecstasy" adlı yüksək asılılıq yaradan dərman istehsal ediblər və bu, 650 km-lik nəzarətsiz sərhəddən Rumıniyaya asanlıqla daxil olub. Təbii ki, hər iki istiqamətdə cinayət yolu var: 2023-cü ilin birinci rübündə Ukrayna hakimiyyəti bu ərazidən gələn qaçaqmalçılıq yolu ilə steroidlərin (Kiyev) və amfetaminlərin (Lvov) əhəmiyyətli dərəcədə müsadirə edilməsi barədə məlumat verib.

Hər iki tərəfdən hərbi rütbəlilər və ya korrupsioner məmurlar, muzdlu hərbi qruplar bu ticarətlə məşğuldurmu? Region parazit qruplarla doludur. Milyonlarla qaçqın var, hansı ki, onların hamısı günahsız qurbanlar deyil, Qərbə səpələnmə və qeyri-qanuni insan alveri üçün istifadə olunur. Onlar bütün Avropada və onun hüdudlarından kənarda, müharibə bölgələrindən hətta Mərakeşə qədər dolaşırlar. Yalnız Rumıniyadan yan keçən Balkanlar sakit qalır.

Tarihin İçinden Bulutlara Doğru, Romanya Karpat Dağları | Seturday

Müharibənin başlanğıcındakı çaşqınlıqdan sonra qaçaqmalçıların kanalları yenidən aktivləşib: oğurlanmış avtomobillər, siqaret və tütün qaçaqmalçılığı artıb. Döyüş bölgəsindən qovulan qızlar ora İspaniya fahişəxanalarında fahişəlik etmək üçün göndərilir. Bu qızlar müştərilərinə narkotik və qaçaqmalçılıq yolu ilə siqaret də satırlar. Beləliklə, Rusiyaya, Ukraynaya yol tapan narkotrafik-narkoticarət keçilməz Karpat dağları marşrutu ilə Şərqi Avropanın nakobazarını qidalandırmaqdadır.

Hazırladı: Stopnarkotik.az

P.S. Burada bizim üçün də aktual olan məsələlərdən biri odur ki, bu marşrut qonşu İranın da işinə yarayır. Ehtimal olunur ki, molla rejimi Qarabağdan əli çıxdıqdan sonra, öz narkotikini Xəzərdən keçməklə Rusiyaya daşıyır, ordan da isə Karpat marşrutu ilə Şərqi Avropaya çatdırır... Bu haqda növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik.