30 yaşlı meksikalı model Adriana Qarsiya estetik əməliyyat proseduru zamanı ölüb.
Bu barədə “Deyli Meyl” məlumat yayıb.
Məlumata görə, gözəllik sahəsində fəaliyyət göstərən bloger əməliyyat zamanı yaranan fəsadlar nəticəsində həyatını itirib.
Qarsiya həm Tiktok, həm də İnstaqram platformalarında böyük izləyici kütləsi qazanmışdı. Onun altı yaşlı qızı var.