İstanbulun Küçükçekmece məhəlləsindəki bir ünvanda polis qrupları tərəfindən aparılan əməliyyatda təxminən 90 kiloqram narkotik maddə müsadirə edilib və 3 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları sözügedən ünvanda narkotik qaçaqmalçılığının həyata keçirildiyini müəyyən ediblər. Müəyyən edilmiş ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı yaşayış yerindənn 3 nəfər saxlanılıb və axtarışlar nəticəsində təxminən 90 kiloqram narkotik maddə, o cümlədən 83,9 kiloqram maye metamfetamin, 5,6 kiloqram bərk metamfetamin, 400 qram tiryək saqqızı, 3 dəqiq tərəzi, 6 kiloqram aseton və 1,5 kiloqram xlorid turşusu aşkar edilib.
Stopnarkotik.az