“Makron odla oynayır” - RUSİYA XİN

Fransa Prezidenti Emmanuel Makron Fransa hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk çıxış edib.

“Ukraynaya hərbi müdaxilə etməyə çağırış edən siyasətçilər odla oynayırlar”, - deyə Aleksey Polişçuk vurğulayıb.

A.Polişçukun sözlərinə görə, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər.

Rusiya rəsmisi E.Makronun niyyətini siyasi infantilizm adlandırıb.

Mənbə: TASS