"Makron Fələstinlə bağlı mövqeyini dəyişməsə..." - İSRAİL XİN-dən XƏBƏRDARLIQ

İsrailin xarici işlər naziri Gideon Saar Fransanın xarici işlər naziri Jan-Noel Barroya Fələstini birtərəfli tanımaq təşəbbüsündən imtina etməsini tövsiyə edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Saar xəbərdarlıq edib ki, əgər bu dəyişiklik baş verməsə, Fransanın prezidenti Emmanuel Makron İsrailə buraxılmaycaq.

İsrailin baş diplomatı vurğulayıb ki, “İsrail Fransayla yaxşı münasibətlər qurmaq istəyir, amma Fransa təhlükəsizlik və gələcək baxımından İsrailin mövqeyinə hörmət etməlidir”.

O həmçinin bildirib ki, əgər Paris “İsrailin maraqlarına zərər vuran təşəbbüslərini davam etdirirsə, Fransanın prezidenti Emmanuel Makronun İsrailə səfəri “mənasızdır”.