Maduro məhkəməyə belə aparıldı – VİDEO

Venesuelada saxlanılaraq ABŞ-a aparılan Nikolas Maduro Nyu-Yorkda mühakimə olunacağı məhkəməyə aparılıb.

Stopnarkotik.az bizim.mediaya istinadən xəbər verir ki, bu barədə görüntüləri ABŞ KİV-ləri yayıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuela ərazisində əməliyyatlara başlayıb.

Əməliyyat çərçivəsində bir sıra hərbi və strateji obyektlərə zərbə endirilib. Bundan əlavə, Venesuela Prezidenti Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ABŞ-a aparılıb. Maduro və həyat yoldaşı Nyu-Yorkda hakim qarşısına çıxarılacaq.