ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq etdiyi üçün 15 il həbs cəzası alıb. Amerika məhkəməsi müvafiq qərar qəbul edib.
Hakim diplomatı xarici hökumətin agenti kimi fəaliyyət göstərmək üçün sövdələşməyə getdiyinə görə beş il, fəaliyyətinə görə isə daha on il həbs cəzasına məhkum edib.
Roça bir neçə onilliklər ərzində Kubaya casusluq etdiyini etiraf edib. Mayami federal məhkəməsində keçirilən dinləmə zamanı siyasətçi hər iki ittiham üzrə təqsirli sayılmağa razı olduğunu bildirib. Müstəntiqlərin fikrincə, Roça 1973-cü ildə Çilidə Kuba kəşfiyyat xidmətləri tərəfindən əməkdaşlığa cəlb edilib. /CNN