Kim Çen In sevmədiyi nənəsinin malikanəsini sökdürdü - FOTOLAR

Şimali Koreya lideri Kim Çen In sevmədiyi nənəsinin malikanəsini söküb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bu iqamətgahın saxlanmasına həddindən artıq pul xərclənib.

KİV-in məlumatına görə, Kim Çen In buldozerlə nənəsinin evinin sökülməsinə göstəriş verib. Mənbələrin dediyinə görə, heç kimin yaşamadığı malikanənin saxlanması dövlət üçün çox baha başa gəlib.

“Ev 11 hektar meşə ilə əhatə olunmuş Hapcanq çayı üzərindəki süni gölün yanındakı kiçik təpədə yerləşirdi. O, həmçinin təhlükəsizlik çəpəri ilə qorunurdu və mühafizəçilər və digər işçilər üçün xüsusi otaqları var idi”, - Şimali Koreya eksperti Ceykob Boql bildirib.

Boql xatırladıb ki, Kim Çen Inın nənəsi Kim Sonq Ae KXDR-in hazırkı liderinin atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub. Buna səbəb kimi qadının sürgünə göndərilən digər oğlu Kim Pyonq İri hakimiyyətin yuxarı eşelonlarına çıxartmağa çalışması göstərilirdi.

Publika.az