Kamal Kılıçdaroğlu həbs edilə bilər

May ayında keçirilən prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak edən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ona qarşı açılan 28 iddianın istintaqı çərçivəsində yaxın günlərdə saxlanıla bilər.

Siyasətçi, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə ümumilikdə 110 ilə qədər həbs cəzası ala bilər.

Qeyd edək ki, Kılıçdaroğlu prezidentliyə namizəd irəli sürdüyü üçün may ayında keçirilən parlament seçkilərinə qatılmayıb və deputat toxunulmazlığına malik deyil.

Mənbə: Cumhuriyet